“Simurq”un yarımmüdafiəçisi Samir Zərgərovun futbolinfo.az saytına müsahibəsi:
– “Qəbələ” ilə kubok oyununa necə hazırlaşırsınız?
– Oyuna hazırlıqlarımız davam edir. Ötən tur meydana çıxmadığımıza görə yorğunçuluğumuzu üzərimizdən atmışıq. “Qəbələ” ilə kubok matçında qalib gəlib, növbəti mərhələyə keçmək istəyirik.

– İlk matçda qazanılan böyükhesablı qələbədən sonra komandada arxayınçılıq var?
– Xeyr, belə şey ola bilməz. Çünki bu, futboldu və futbolda hər cür möcüzə baş verə bilər. Ona görə də məncə, komandada heç bir arxayınçılıq olmamalıdı.

– Sizcə, ilk matçdakı böyükhesablı qələbədən sonra “Simurq”un növbəti mərhələyə keçdiyini düşünmək olarmı?
– Məncə, bu haqda danışmaq hələ ki, tezdi. Belə düşünüb, oyuna çıxsaq, bizim üçün çox pis şeylər baş verə bilər. Fikrimiz qarşıdakı oyunun son dəqiqəsinə kimi mübarizə aparmaqdı.

– Necə düşünürsünüz ilk qarşılaşmada rəqib futbolçuların buraxdığı kobud səhvlər qələbənizdə nə dərəcədə həlledici rol oynadı?
– Futbol səhvlər oyunudu. Hansı komanda daha çox xətalar edirsə, o komanda da daha çox məğlub olur. Baxmayaraq ki, bu matçı evdə keçirəcəyik, amma biz də rəqib kimi səhvlər buraxsaq, onlar kimi məğlub olacağıq. Ona görə də ilk oyundakı hesabı düşünüb, arxayınlaşmaq olmaz. Düzdü, mən cəzalı olduğuma görə bu qarşılaşmada iştirak edə bilməyəcəm. Ancaq mənə elə gəlir ki, futbolçular meydana bu düşüncə ilə çıxacaqlar. Baş məşqçimiz də, mən də hər gün futbolçulara başa salırıq ki, ilk oyundakı hesabı unutsunlar.

– Növbəti mərhələyə keçəcəyiniz təqdirdə “Qarabğ”la qarşılaşmaq şansınız var və belə olan halda “Simurq”un kuboku qazanmaq şanslarının azaldığını düşünmək olarmı?
– Hazırda bizim əsas məqsədimiz “Qəbələ”ni keçib növbəti mərhələyə adlamaqdı. Yarımfinala çıxdıqdan sonra “Qarabağ” haqqında düşünmək olar.

– Ümumiyyətlə, “Simurq”un kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiz?
– Cavab qarşılaşmalarından sonra 4 komanda qalacaq və mənə elə gəlir ki, hamının çempion olmaq şansı var. Kubok qarşılaşmaları elədi ki, burada vurduğun və buraxdığı qollar da önəm kəsb etdiyi üçün bu cür matçlar daha məsuliyyətli olur.

– 4 komandanın şansını da bərabər dəyərləndirsiz?
– Bəli. Yarımfinalda güclü komandalar iştirak edəcək.

ELMAR ABDULLA-ZADƏ