"İnter"in baş məşqçisi Roberto Mançini komandasının çıxışı haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu mövsüm ciddi bir hədəflərinin olmadığını etiraf edib: 
“Bu mövsüm komanda yenidən qurulur. Heyətin oturması üçün vaxt lazımdı. Cari mövsüm ciddi bir hədəfimiz olmadğını etiraf etməliyəm. Amma növbəti mövsüm Skudetto üçün mübarizə aparacağıq”.
İtalyan mütəxəsis Məhəmməd Salahı transfer etmək istədiklərini də qeyd edib: "Həqiqətən, Salah "İnter"də oynamaq barədə düşünürdü və onun transferi tam mümkün idi. Onunla hətta telefonla da danışmışdım. Keçid alınmasa da, mümkün idi. Bilirdim ki, "Çelsi" Kuadradonu istəyir. Ona görə Salahı kolumbiyalı futbolçu ilə dəyişdilər. Amma bizim belə imkanımız yox idi".
Shares: