İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor” klubunda başməşqçi dəyişikliyi reallaşmayıb. Futbolino.az xəbər verir ki, klub rəhbərliyi bir neçə gün öncə istefa verən Ümit Özatın ərizəsini qəbul etməyib. 
Onlar çalışdırıcı ilə görüşərək onu komandada qalmağa razı salıblar: "Baş məşqçimiz Ümit Özat, 1:0 hesabı ilə məğlub olduğumuz “Manisaspor” matçından sonra istefa verdiyini bildirmişdi. Klub rəhbərimiz Səlçuk Öztürk və idarə heyətimiz Ümit Özatla görüşərək, onunla əməkdaşlığa davam etmə qərarı alıb. Ümit Özat buaxşamkı məşqdə komandanın başında olacaq".
Qeyd edək ki, Özat cari mövsümün əvvəlindən "Elazığspor"da baş məşqçi işləyir. Hazırda onun komandası 27 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır.
Shares: