“Beşiktaş”ın 16 yaşlılardan ibarət komandasının qapıçısı Sərvət Dündar öldürülüb. Futbolinfo.az xəbər verir ki, yeniyetmə məruz qaldığı hücum nəticəsində ağır bıçaq xəsarətinə görə dünyasını fəyişib.
O, fevralın 28-də restoranda yemək yedikdən sonra evinə gedərkən silahlıların hücumuna məruz qalıb. Ürəyindən bıçaq zərbəsi alan qapıçı artıq 10 gündü komada idi. Gənc futbolçu bu gün vəfat edib.
Qeyd edək ki, qapıçı xəstəxanaya çatdırılan zaman üzərində olan bütün əşyalarının oğurlandığı bildirilib.