Ötən günlərdə "Barselona"nın futbolçuları – Lionel Messi və Xerard Pike sabiq komanda yoldaşları, hazırda “Çelsi”də oynayan Sesk Fabreqasla birgə qumarxanaya girərkən görüntülənmişdi. Futbolinfo.az xəbər verir ki, bu şəkillər birmənalı qarşılanmasa da, futbolçular analoji hərəkəti yenidən təıkrarlayıb.
Amma bu dəfə Pikesiz. Ötən dəfə Barselonada qumarxanada olan Leo və Sesk bu dəfə Londonda yerləşən qumarxanalardan birindən çıxarkən kameraların obyektivinə tuş gəliblər.
Hələ ki, məsələ ilə bağlı futbolçular və klublar heç bir açıqlama verməyiblər.