Ötən ilin sonunda Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo ilə sevgi macərasına son qoyan məşhur model İrina Şeyk ilk dəfə ayrılıqları barədə danışıb. Futbolinfo.az xəbər verir ki, rusiyalı xanım ideal kişinin necə olacağını açıqlayıb və sözlərində portuqaliyalı yarımmüdafiəçiyə işarə vurub:
"Kişilərin bizi bədbəхt edəcəyinə inanmıram. Çünki onlar uşaq deyil, kişidi. Əvvəllər ideal kişimi tapdığımı düşünürdüm, amma belə deyilmiş. Mənim üçün ideal kişi etibarlı, dürüst, centlmen və qadınlara qarşı necə davranmalı olduğunu bilən biri olmalıdı.Əgər yanlış adamın yanında yer almısızsa, özünüzü çirkin hiss edirsiz. Mən də özümü çirkin və etibarsız hiss edirdim. Dürüst və qadınlara sədaqətli kişiləri sevirəm".