Topaz premyer liqasının 25-ci turundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün Lənkəranda toplanıb. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” saat 16.00 da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq, Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyununun hazırlığına start verib.
Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan müdafiəçi Ruslan Cəfərovun bu gündən başlayaraq fərdi məşqlərə start verib.
Xatırladaq ki, mart ayının 13-də Azərbaycan kuboku çərçivəsində “Xəzər Lənkəran” Bakının “İnter” klubunu qonaq edəcək və saat 17-də start götürəcək matç “Xəzər Lənkəran”Tv ilə canlı yayımlanacaq.
(Klub saytı)