Almaniya Regional Qərb Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin futbolçusu Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sının 2-ci komandası da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Veydenbruk”la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 90 dəqiqə meydanda olan Erat isə 2-ci dəqiqədə qol vurmaqla qələbədə pay sahibi olub. 
Qeyd edək ki, Düsseldorf təmsilçisi 36 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Onu da əlavə edək ki, yarımmüdafiəçimiz Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Fortuna”nın əsas komandasında çıxış edir. O, bəzən ikinci kollektivlə də meydan çıxır.
Shares: