Çempionlar Liqasının 1/8 final mərhələsində "Şalke"yə qarşı cavab matçında dubl edən Madrid "Real"ın futbolçusu Kriştianu Ronaldo UEFA tarixində yeni rekord müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, 25 və 45+1-ci dəqiqələrdə fərqlənən portuqaliyalı hücumçu avrokuboklardakı qollarının sayını 78-ə çatdırıb.
Belə ki, indiyədək heç kim bu sayda qol vurmayıb. O, aktivində 77 qol olan “Real”ın sabiq hücumçusu Raul Qonsalesin rekordunu qırıb. İndi ona ən çox çatma ehtimalı olan futbolçu Lionel Messidi (76 qol).
Onu da əlavə edək ki, Ronaldo həmçinin sırf ÇL-də vurduğu qollarının sayına görə Messiyə çatıb. Hazırda hər iki futbolçunun aktivində 75 qol var.
Shares: