Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Elazığspor”da qış fasiləsindən sonra işlər yolunda getmədiyi üçün klubun baş məşqçisi Ümit Özat istefa verdi. Maraqlıdı ki, klub rəhbərliyi türk çalışdırıcının istefa ərizəsini qəbul etmədi və Özatdan komandanın “sükanı arxası”nda qalmasını istədi.
İş burasındadı ki, Özat komandaya yalnız bir şərtlə qayıdacağını deyib. Belə ki, gənc çalışdırıcı Fabio Bilika, Franko Kangele və Cavid İmamverdiyevin komandadn uzalaşdırılmasını istəyib. Onu istəyi reallaşıb və qeyri-müəyyən müddətə hər üç futbolçu heyətdən çıxarılıb. Futbolçuların hansı səbəbdən heyətdən çıxarıması isə hələlik bəlli deyil.
Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə aid olan yarımmüdafiəçi qış fasiləsində də Elazığ klubundan ayrılmaq istəyirdi.