Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, mərhələnin cavab oyunları çərçivəsində bu gün də 2 komanda adını 1/4 finala yazdırıb.
 
Maraqlıdı ki, bu gün keçiriləcək hər iki cütlüyün ilk qarşılaşmaları heç-heçə bitmişdi. “Bavariya” Ukrayna səfərində “Şaxtyor”la qolsuz bərabərə qalmışdısa, PSJ-nin “Çelsi”ni qəbul etdiyi oyunda tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarmışdı. Odur ki, rəqəmlər ev sahibi komandaların şanslı olduğunu deyirdi. Münhendəki oyunda bu gözlənti özünü doğruldub. "Bavariya" "Şaxtyor"un daşını daş üstə qoymadı. "Pivəçilər" demək olar ki, oyunu bütövlükdə azlıqda keçirən rəqibin qapısına 7 cavabsız top vurub.
 
Gecənin digər matçı isə daha dramatik alınıb. London səfərinə yollanan PSJ 32-ci dəqiqədə lidersiz qalıb. Zlatan İbrahimoviç birbaşa qırmızı vərəqə ilə meydanı tərk edib. Buna baxmayaraq, Paris klubu sonadək mübarizə aparıb və iki dəfə geri düşməsinə baxmayaraq hesabı bərabərləşdirib – 2:2. Ümumi nəticə 3:3 olsa da, PSJ səfərdə vurduğu 2 qol hesabına adını 1/4 finala yazdırıb.
 
 
 
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi cavab oyunları
 
11 mart
 
Bavariya (Almaniya) – Şaxtyor (Ukrayna) 7:0 (ilk oyun – 0:0)
Qollar: Müller, 4-p.; 52. Boatenq, 34. Riberi, 49. Badştuber, 63. Levandovski, 75. Götze, 88.
Qırmızı vərəqə: Aleksandr Kuçer, 3.
 
Çelsi (İngiltərə) – PSJ (Fransa) 2:2 (ilk oyun – 1:1)
Qol: Kehil, 81. Hazard, 96-p. – David Luiz,86. Silva, 114.
Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 32 (PSJ).
Shares: