"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli Ermənistan millisi ilə keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin çətbuatına danışan təcrübəli futbolçu ermənilərlə matçın Serbiyaya qarşı keçirilmiş oyundan da çətin keçəcəyini bildirib:
“Mənə elə gəlir ki, Ermənistan yığmasına qarşı keçirəcəyimiz qarşılaşma meydandakı mübarizə baxımından serblərlə Belqradda baş tutmuş matçdan da çətin keçəcək. Biz nəyin bahasına olursa olsun, matçdan qələbə ilə ayrılmalıyıq. Bu qarşılaşmaya rahat şəkildə hazırlaşıb, martın 29-da keçiriləcək oyuna köklənməliyik”.
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsində İ qrupunda qərarlaşan Albaniya 4 xalla 3-cü yerdə qərarlaşıbsa, bədnam qonşularımız 1 xalla sonuncu – 5-ci sırada mövqe tutub.