“Qarabağ” da uğurlu çıxışı ilə seçilən bosniya və herseqovinalı qapıçı İbrahim Şehiç ölkəsində də diqqət mərkəzidədi. Futbolifo.az xəbər verir ki, Bosniya və Herseqovina mətbuatı da onun karyerasından bəhs edib. 
Belə ki, mətbuat yerli “Jelezniçar” klubunun yetirmələrindən bəhs edən yazı hazırlayıb. Onlar bu klubun son 10 ildə yetişdirdiyi futbolçuların rəmzi 11-liyini hazırlayıblar. Qurulan bu heyətdə qapıçı kimi, Şehiçin adı göstərilib. 26 yaşlı qolkiperdən əlavə siyahıda Edin Dzeko, Anel Hadciç, Edin Vişça kimi oyunçularda yer alıblar. 
Qeyd edək ki, “Jelezniçar”ın yetirməsi olan Şehiç 2013-cü ilin yanvarından “Qarabağ” klubunun şərəfini qoruyur.
Shares: