Maliyyə problemlərindən əziyyət çəkən Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Dənizlispor” ictimaiyyətə açıqlama verib. Futbolinfo.az saytı xəbər verir ki, klubdan verilən məlumatda komandaya bir sıra Holdinq və şirkətlərin yardım etdiyi göstərilib. 
Belə ki, “yaşıl-qaralar”a “Abalıoğlu Holdinq” və “Dentaş Ambalaj və Kağız Sənaye A.Ş.” şirkətləri tərəfindən 50 min türk lirəsi məbləğində yardım edilib. Bundan əlavə, klubun sabiq prezidentlərindən olan Zəfər Qətrancı da komandaya 100 min türk lirəsi həcmində köməklik göstərib.
Qeyd edək ki, millimizin sabiq üzvü Rail Məlikovun da şərəfini qoruduğu Dənizli təmsilçisi hazırda Türkiyə PTT 1-ci Liqasında 18 xalla 17-ci pillədə qərarlaşıb.
Shares: