"Liverpul"un futbolçusu Qlen Conson karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi "Qalatasaray" onun xidmətində maraqlıdı. 
İngiltərə mətbuatının yazdığına görə, 30 yaşlı müdafiəçi mövsüm sonunda müqaviləsi bitəcəyi üçün gələn təklifləri dəyərləndirir. Təcrübəli oyunçu üçün ən böyük namizəd Türkiyə klubudu. 
Conson açıqlamasında karyerası ilə bağlı bu sözləri deyib: "İki ay daha buradayam. Daha sonra nə olacağını görəcəyik. O zamana qədər də çalışmalarıma davam etməliyəm. Hələ gəncəm və ölkə xarici uşaqlarım üçün də yaxşı ola bilər".
Shares: