“Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Herseqovina millisinə çağrılıb. Futbolinfo.az xəbər verir ki, bu haqda Bosniya mətbuatı xəbər yayıb. 
Məlumatda bildirilir ki, yeni baş məşqçi Mehmed Bazdareviç, sələfi Saffet Suşiçin səhvini düzəldərək, Şehiçi yenidən yığmaya qaytarıb. Bundan əlavə bosniyalı həmkarlarımız əlcək sahibinin bu mövsüm “Qarabağ”ın heyətində Avropa Liqasındakı uğurlu çıxış etdiyini də bildiriblər. 
Qapıçı isə avrokuboklarda və Ağdam klubunun heyətindəki çıxışları ilə bağlı bunları deyib: “Son mövsümdə çempion olub, avrokuboklara qatıldıq. Hətta daha irəli gedə bilərdik. Sadəcə, son turda hakim səhvi ucbatından buna nail ola bilmədik. Amma biz gələn mövsüm özümüzü sübut etmək üçün çalışacağıq. Hazırda karyeram inkişafdadı və mən çox xoşbəxtəm”. 
Şehiç komandadakı gələcək prespektivi ilə bağlı isə bunları qeyd edib: “Bir neçə təklif var. Ancaq mənim “Qarabağ”la 3 illik müqaviləm var və diqqətimi buna yönəltmişəm. İnanıram ki, növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyik".
Qolkiper milliyə dəvət alması ilə bağlı fikirlərini də açıqlayıb: “Milliyə yenidən çağırıldığıma görə həyəcanlıyam və bu mənim üçün böyük bir şərəfdi. Yığmaya qoşulmağı və dostlarımla görüşməyi səbirsizliklə gözləyirəm. Həmçinin, yeni baş məşqçi Bazdareviç və Luqasiçlə işləyəcəyimə görə də çox şadam. Bu mənim inkişafım üçün böyük irəliləyişdi”.
O, Brazilyadakı son mundiala da aparılmamağı haqqında da danışıb: “Braziliyadakı mundiala gedə bilmədiyimə görə çox pis oldum. Suşiçin öz futbol anlayışı var idi. İndi ən vacib məsələ gələcəyə baxmaq və sabitliyə çalışmaqdı”.
 
Shares: