"Çelsi"nin (İngiltərə) baş məşqçisi Joze Mourinyo vaxtilə London klubunda işləmiş, hazırda Madrid “Real”ını çalışdıran Karlo Ançelotti barədə maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis italyan həmkarını “Çelsi”ni çalışdırarkən yanlış transfer etməsinə görə tənqid edib: 
“Ançelotti David Luisi alarkən Matiçi Benfikaya göndərmişdi. “Çelsi” 3 il sonra onu komandaya qaytarmaq üçün 21 milyon funt ziyana düşdü. Bir məşqçi Matiçi necə sata bilər? Sol ayaqla oynayan, 1.95 sm. boyu olan yarımmüdafiəçini heç vaxt satmaram. Yenə də “Çelsi” onu geri qaytarmaqla böyük iş gördü”.
Shares: