“Şalke” “Mançester Siti”nin müdafiəçisi Matia Nastasiçin transfer hüququna yiyələnib. Futbolinfo.az xəbər verir ki, Nastasiç yanvarda icarə əsasında Almaniya klubuna keçmişdi.
Bu gün isə serbiyalı futbolçu Almaniya komandasıyla müddəti 2019-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
O, karyerası ilə bağlı fikrini belə izah edib: “Şalke”də qalacağım üçün çox şadam. Burada məni yaxşı qəbul etdilər, özümü komandanın bir hissəsi kimi hiss edirəm. Burada böyük uğurlar qazanmaq niyyətindəyəm”.
Qeyd edək ki, 21 yaşlı futbolçu “Mançester Siti”yə 2012-ci ildə “Fiorentina”dan keçmişdi. Bu mövsümdə Nastasiç “Şalke”nin heyətində 9 oyunda meydana çıxıb.