Marsel “Olimpik”inin hücumçusu Andre Pyer Jinyak Moskva “Dinamo”suna keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, “Mediafoot” nəşrinin məlumatında yayda müqaviləsi başa çatacaq 29 yaşlı futbolçunun Rusiyaya yollanmaq qərarında olduğu qeyd edilib.
Keçmiş komanda yoldaşı Matye Valbuenanın da çıxış etdiyi “Dinamo”da Jinyak ayda 300 min avro məvacib alacaq. Məhz maddi şərtərə görə, forvardın transferə razılıq verdiyi deyilir.
Qeyd edək ki, Jinyaka Almaniya , İngiltərə və Türkiyədən də təklifləri var idi.