İran çempionatının 22-ci turu çərçivəsində baş tutan “Traktor Sazi” – “Persepolis” (1:0) matçında maraqlı və alqışlanası hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, ev sahibi tərəf olan Təbriz klubunun braziliyalı futbolçusu Edinyo komandasının heyətində qol vurduqdan sonra formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarını göstərməklə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Təbriz təmsilçisi hazırda 41 xalla turnir cədvəlində 2-ci pilləsində qərarlaşıblar. 
Shares: