"Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursun qalmaqallı hadisə ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, türkiyəli həbs oluna bilər.
Belə ki, Hande C. adlı qadın avtomobilini Ahmet Dursunun şirniyyat evinin qarşısında saxlayıb. Keçmiş futbolçu qadına avtomobili kənarda saxlamasını bildirdikdə isə xanım onu təhqir edib. Bunun qarşılığında Dursunun ona "Şizofren qadın" dediyi iddia edilir. Hər iki tərəf məhkəməyə müraciət edib. Məhkəmədə Handenin təhqir iddiasıyla 2 ilə qədər, Ahmet Dursunun isə iki aydan iki ilə qədər həbs olunması istənilib.
Qeyd edək ki, 3 dəfə Türkiyə millisinin formasını geyinən Ahmet Dursun 2009-10-cu il mövsümündə "Xəzər Lənkəran"da çıxış edib.