PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab oyununda (2:2) sonra meydandan qovulması haqda danışıb. Futbolinfo.az xəbər verir ki, 32-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyan isveçli hücumçu epizodu belə şərh edib: 
"Belə önəmli matçda qırmızı vərəqə aldığım üçün özümü günahlandırıram. Sanki, meydanda hakim yox idi. Qırmızı vərəqə aldığım epizodda "Çelsi"nin futbolçularının vəziyyəti ürəkağrıdıcı idi. Sanki, cəzalandırılmağım üçün ətrafımda 11 körpə ağlayırdı. Bütün bunlara baxmayaraq, nəticədən məmnunam".
Shares: