Bir müddət Azərbaycan Premyer Liqasında da çıxış edən Mindauqas Kalonas özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, litvalı futbolçu Latviyanın "Skonto" klubuna keçib.
Müqavilənin şərtinə görə, 31 yaşlı yarımmüdafiəçi 1 il müddətində Latviya təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Litva millisinin yarımmüdafiəçisi 2013-14-cü illərdə "Rəvan", "Bakı" və "Simurq"da çıxış edib. Onu da əlavə edək ki, "Bakı"da oynamış futbolçu məşqlərdən birində Rauf Əliyev və Əfran İsmayılovla əlbəyaxa olduğu üçün komandadan qovulmuşdu.