Millimizin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor"da ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisi köməkçi məşqçi Ebru Yıldırımla rəsmən yolları ayırıb.
Türkiyə mətbuatının yazdığına görə, baş məşqçi Ümit Özat rəhbərliklə bu məsələni müzakirə edib və xanım çalışdırıcının göndərilməsi qərara alınıb. Artıq onun müqaviləsinə xitam verilib. 
Qeyd edək ki, Ebru cari mövsümün əvvəlindən Elazığ təmsilçisində işləyirdi. 
Shares: