Yunanıstan futbolu daha bir qalmaqallı oyunla gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, AEK ilə “Olimpiakos” arasında baş tutan kubokun 1/4 final matçı 89-cu dəqiqədə təxirə salınıb. 
Belə ki, cavab matçında “Olimpiakos” 89-cu dəqiqədə Franko Jaranın qoluyla 1:0 önə keçib. Qoldan sonra AEK azarkeşlərinin bir hissəsi meydana girməyə çalışıb, qalan hissəsi isə meydançaya yandırıcı maddələr atıblar. Bu səbəbdən də baş hakim oyunu təxirə salmaq qərarına gəlib.
Xatırladaq ki, Yunanıstan Super Liqasında 22 fevralda oynanılan “Panatinaykos” – “Olimpiakos” matçı öncəsi də qonaq klubun preizdenti Evanqelos Marinakis meydana girmiş və bundan sonra ev sahibi komandanın azarkeşləri meydana daxil olub, polislə dava etmişdi.
Shares: