PSJ-nin müdafiəçisi David Luiz "Çelsi"yə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra (2:2) fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada keçmiş klubuna qarşı fərqlənən braziliyalı bunları bu sözləri deyib: 
"Bu, klubumuz üçün inanılmaz nailiyyətdi. Biz əla oyun keçirdik və qalib gəlməyi bacardıq. Çox şadam ki, Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazandıq, amma finala qədər hələ uzun yol var. "Çelsi"dəki yolum başa çatmışdı və PSJ mənə özümü göstərmək üçün imkan yaratdı. London klubunda hər şeydən razı idim. Şadam ki, qol vurdum. Demişdim ki, "Çelsi"yə qol vursam, sevinməyəcəm, ancaq həmin an çox emosional idim. "Çelsi"yə təşəkkür edirəm və davranışım üçün üzr istəyirəm".
Qeyd edək ki, 2011-2014-cü illərdə "Çelsi"də oynayan David Luiz cari mövsümün əvvəlində Fransa klubuna transfer olunub.
Shares: