Məşhur futbolşu Dieqo Forlan milli komandadakı karyerasını bitirib. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi formasını gənc oyunçulara verməyin vaxtı çatdığını açıqlayıb.
Uruqvay millisi tarixinin ən yaxşılarından olan Forlan yığmanın formasını ən çox geyən futbolçudu. O, 13 ildi ki, yığmanın uğurları üçün tər tökürdü. Dieqo bu günədək 112 matçda millisinin formasını geyib və 36 qol vurub. Onun yığma ilə ən böyük uğuru DÇ-2010-da qazandığı dördüncülükdü.
Forlan hazırda karyerasını Yaponiyanın “Çerezo Osaka” klubunda davam etdirir.