AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyinin durumuna tam aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, “Bakı” ilə Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilmiş oyunun ilk hissəsində ayağından zədələnən nigeriyalı xavbek 2 həftə oynamayacaq.
Onun sol bud əzələsinin ön hissəsində qismi yırtıq aşkarlanıb. Bu səbədən İqbekoyi Azərbaycan Kubokunun “Neftçi” ilə cavab 1/4 final qarşılaşmasında və Premyer Liqanın 26-cı turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilməyəcək. Hazırda reabilitasiya ilə məşğul olan Viktor terapiya müalicəsi alır.
(Klub saytı)