"Xəzər Lənkəran"ın aşağı yaş qrupları üzrə komandalarında növbəti oyunlar baş tutub. Futbolinfo.az xəbər verir ki, bu həftə "ağ-yaşıllar"ın komandaların böyükhesablı qələbələrlə yadda qalıblar.
Belə ki, həftəyə U-17 komandası qol şousu ilə start verdi. "Kəpəzi" qəbul edən komanda 8:0 hesablı qələbəyə sevindi. Maraqlıdır ki, komandanın heyətinin əksəriyyətini U-16 komandasının üzvləri təşkil edirdi. Elə vurulan qolların yeddisinin müəllifi məhz 16 yaşlılar oldu. Bu qarşılaşmada İbrahim Qədirzadə və Kənan Səfərov het-triklə yadda qaldılar, Kamal Dənziyev və Kənan Sadıqov isə hərəyə bir dəfə fərqləndilər.
Növbəti gün isə U-15 komandası darmadağınla yadda qaldı. Namiq Qarayevin komandası AZAL-ı 6:0 hesabı ilə məğlub etdi. Bu görüşdə Peyman Səfərzadə və Nurlan Fərəcli dubl etdilər, bir qolu Elməddin Əsədullayev, digərini isə Tural Bayramov rəqib qapısından keçirdi.
"Ağ-yaşıllar"ın U-16 komandası isə bu gün doğma meydanda "Turan"la qarşılaşdı. Bu matç da ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşdı – 4:1. Qalib komandanın heyətində Hikmət Nağıyev, Kənan Səfərov, Əli Qurbanov və millinin üzvü Yusif Həsənov fərqləndilər.
Sizi ilk iki qarşılaşmadan hazırlanmış videoreportajla tanış edirok.
(Klub saytı)