“Parma”nın sahibi Campyetro Manenti klubu 500 min avroya satmaq təklifini rədd edib. Futbolinfo.az xəbər verir ki, bu təklifi londonlu investorlar qrupu edib.
İtaliya mətbuatının yazdığına görə, “Proto Enterprises Limited” konsorsiumunun rəhbəri Alessandro Proto klubun bütün borclarını da öz üzərinə götürməyə razıdı. Parmanın borcu 96 milyon avrodu. Klub haqqında artıq iflas işləri başlayıb. Martın 19-da məhkəmənin ilk iclası olacaq.
Qeyd edək ki, “Parma”nın son iki oyunu stadionun təhlükəsizlik xidmətini təşkil etməyə pul tapmadığından təxirə salınıb. Həmçinin , klub rəhbərliyi komandanın səfər oyununa yollanması üçün vəsait tapa bilməyib.