Milan “İnter”i “Monako”nun (Fransa) yarımmüdafiəçisi Jeremi Tulalalnı heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunduğu bildirilir. 
“Sportmediaset”in yazdığına görə, 31 yaşlı fransız yeni komandasına azad agent statusunda keçəcək. Məlumata görə Tulalanın İtaliya klubu ilə müqaviləsi 3 illiyinə nəzərdə tutulub. Buna əsasən onun illik məvacibi 2 milyon avro olacaq.
Shares: