Bu gün Azərbaycan kubokunun 1/4 mərhələsinin cavab qarşılaşmasında "Bakı" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar" bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. 
Belə ki, "Bakı"nın braziliyalı hücumçusu Jaba xəstələnib. Bu barədə təcrübəli kapitanın özü məlumat verib: "Təəssüf ki, "Qarabağ"la görüşdə komandama kömək edə bilməyəcəm. Bir neçə gündü ki, xəstəyəm. Ümid edirəm ki, 3 gündən sonra məşqlərə qatılacam".
Qeyd edək ki, ilk görüşdə "Qarabağ" "Bakı"nı 3:0 hesabı ilə məğlub etmişdi.
Shares: