“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda mübarizə aparan “qırmızı-qaralar” 8 yaş qrupundan 5-i meydana çıxıb. Bu komandaların hərəsi 3 xal qazanıb.
U-19 komanda “Əlincə” ilə səfər oyununda böyükhesablı qələbə qazanıb. 3 cavabsız qolla qalib gələn “Qəbələ” 20 oyunda 41 xal toplayıb. “Qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
“Qəbələ”nin 14 matçda 38 xalla liderlik etdiyi U-17 Liqada isə qısa fasilə yaranıb. Komanda növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaq.
U-16 öz meydanında “İnter”i sınağa çəkib. Qəbələlilər bu matçda 1:0 hesabı ilə qalib gəlib. 19 oyunda 50 xal toplayan komanda turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızı-qaralar” 2 həftədən sonra baş tutacaq növbəti turda “Turan”ın qonağı olacaq.
“İnter”ə 1:0 hesabı ilə qalib gələn U-15 isə 2-ci pillədə qərarlaşıb. 18 oyunda 38 xal toplayan “Qəbələ” növbəti turda AZAL-ın qonağı olacaq.
U-14 Liqasının paytaxt zonasında çıxış edən "Qəbələ"nin digər komandası isə yarışın lideri “İnter”i məğlub edib – 1:0. 12 matçdan sonra hesabında 31 xal olan əyalət təmsilçisi 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” növbəti oyununu “Neftçi”yə qarşı keçirəcək.
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında Şəkinin UGİM-i ilə qarşılaşan “qırmızı-qaralar” böyükhesablı qələbə ilə hesabına 3 xal yazıb – 6:0. 11 matçda 29 xal toplayan komanda yarışın vahid lideridi. “Qəbələ”nin növbəti rəqibi Yevlaxın UGİM-idi.
(Klu saytı)