Son həftələrdə Madrid “Real”ının uğursuz çıxışı baş məşqçi Karlo Ançelottinin istefa xəbərlərini də özü ilə birgə gətirdi. Futbolinfo.az xəbər verir ki, məsələ ilə bağlı klub prezidenti Florentino Peres də fikirlərini acıqlayıb.
O, bu söz-söhbətlərə son qoyub: "Yaxın həftələrdə baş verəcək hadisələrdən asılı olmayaraq, Ançelotti "Real"ın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Azarkeşlərdən xahiş edirəm ki, oyunçuları və məşqçini dəstəkləsinlər. Mətbuat isə ortalığı bir-birinə qatmasın".
Qeyd edək ki, Ançelotti 2013-cü ildən İspaniya təmsilçisində işləyir.