FİFA Zimbabve Futbol Federasiyasını sərt şəkildə cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu bu ölkənin milli komandasını DÇ-2018-in seçmə mərhələlərindən kənarlaşdırıb.
Buna səbəb onların yığmanın sabiq baş məşqçisi Xose Klodinin borcunu ödəməməsi olub. Belə ki, afrikalılara kifayət qədər vaxt verilsə də, onlar FİFA-nın tələbini yerinə yetirməyiblər. Bu cəzadan sonra həmin milli komanda oktyabr ayında başlanacaq seçmə mərhələdən məhrum edib.
Qeyd edək ki, 67 yaşlı braziliyalı 2008-ci ildə Zimbabve yığmasını çalışdırıb.