Bir vaxtlar “Fənərbaxça”nın forması geyən ispan futbolçu Daniel Quiza karyerasında bitirir. Futbolinfo.az xəbər verir ki, top qovduğu 13-cü komandası ilə də yollarını ayırıb.
Belə ki, son olaraq 2013-ci ildə Paraqvayın “Cerro Portena” klubuna transfer olunan 35 yaşlı forvard komandasının son məşqinə çıxmayıb. O, yoldaşları ilə vidalaşaraq bir daha gəlməyəcəyini bildirib. Quiza klub rəhbərliyi ilə görüşərək müqaviləsini ləğv etdirib. Bunun səbəbini isə önümüzdəki günlərdə açıqlayacağını deyib. İspaniya mətbuatının yazdığına görə, o, ölkəsinə qayıdaraq, televiziyada futbol şərhçiliyi edəcək.
Qeyd edək ki, 2007/08 mövsümündə La Liqada bombardir olan olan və İspaniya millisi ilə Avropa çempionluğu yaşayan Daniel həmin il 15 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olmuşdu. Ancaq “sarı-lacivərd” forma ilə 3 ildə 62 matça çıxan Quiza 23 qol vuraraq gözləntiləri qarşılaya bilməmişdi. Bu səbəbdən də, 2011-ci ildə onunla yollar ayrılmışdı.