"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Barselona" – "Mançester Siti" oyunu haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatına danışan portuqaliyalı mütəxəssis "şəhərlilər"ə dəstək olduğunu açıqlayıb:
“Ümid edirəm ki, "Mançester Siti" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdıracaq. Bu, İngiltərə futbolunun qürur məsələsidi. Mən də bu ölkədə çalışıram".
Qeyd edək ki, ilk oyunda "Barselona" səfərdə 2:1 hesablı qələbə qazanıb. Cavab oyunu martın 18-də keçiriləcək.