Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov növbəti görüş keçirib. Futbolinfo.az xəbər verir ki, o, Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, “Neftçi”nin heyətində 1966-cı ildə SSRİ çempionatında üçüncü yeri tutmuş futbol veteranı Mübariz Zeynalovla görüşüb.
Belə ki, 70 illik yubileyi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edən baş katib, yubilyara cansağlığı, uzun ömür arzulayıb.
(affa.az)