Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər vərir ki, "Neftçi" səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
"AZAL Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
“İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma  Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdı. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”. 
(pfl.az)
Shares: