Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər vərir ki, "Neftçi" səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
"AZAL Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Arif Əsədov qələbəni belə şərh edib:
“Maraqlı bir oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq. Futbolçulara təşəkkür edirəm. Hesab daha da böyük ola bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odur ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik”. 
(pfl.az)
Shares: