Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər vərir ki, "Qarabağ" səfərdə "Bakı"nı 4:1 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
Biləcəridəki qarşılaşmadan sonra Ağdam klubunun yarımmüdafiəçisi Namiq Ələsgərov qələbəni belə şərh edib:
“Norma oyun oldu. Keçmiş komanda qarşı oynadım. İlk dəfə idi ki, əsas heyətdə onlara qarşı çıxış etdim. Sevinirəm ki, növbəti mərhələyə adladıq. “Bakı” yaxşı komandadı. Onların bu vəziyyətdə olması mənə pis təsir edir. Tez-tez oradakı uşaqlarla danışıram. Ümid edirəm ki, “Bakı”da hər şey yaxşı olacaq”.
Shares: