Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "Qarabağ" səfərdə "Bakı"nı 4:1 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
 
Biləcəridəki qarşılaşmadan sonra Ağdam klubunun yarımmüdafiəçisi Vüqar Nadirov qələbəni belə şərh edib:
 
– Azərbaycan Kubokunun ¼ mərhələsinin cavab oyununda “Bakı”nı 4:1 hesabı ilə məğlub etdiniz. Fikirlərinizi bilmək istərdik…
– Komanda oyunu oynadıq. Oyunun əvvəllərində geridə olmağımıza baxmayaraq, ilk hissədə bərabərlik qolunu vura bildik. İkinci hissədə isə istədiyimiz oyunu oynadıq və qələbə qazandıq. 
– “Bakı” asan təslim olmaq istəmirdi. Rəqib haqqında nə deyə bilərsiz?
– Gənclərdən ibarət komandadı. Meydançada daha çox qaçırdılar. Onlarda qələbə üçün meydana çıxmışdılar. 
– Karyeranızda neçənci het-trik idi?
– Dəqiq bilmirəm. Ya ikidi, ya da üç. 
– Necə düşünürsünüz, bu üç qoldan sonra millimizin baş məşqçisi Robert Prosineçki sizi əsas heyətə daxil edər?
– Mənim üçün əsas heyətdə oynamağımın və ya ehtiyatda qalmağımın fərqi yoxdu. Əsas odu  ki, komandama kömək edim. 
– Azərbaycan Kubokunun yarımfinalında “Simurq”la qarşılaşacaqsınız. Fikirlərinizi bilmək maraqlı olardı…
– Hələ onu fikirləşmirik. Qarşıda “Sumqayıt”la çempionat oyunumuz var. “Sumqayıt” ciddi rəqibdi. Bu qarşılaşmaya ciddi hazırlaşmalıyıq.
Shares: