Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "İnter" səfərdə "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze qələbəni belə şərh edib:
“Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı oyun sərgilədik”. 
(pfl.az)
Shares: