Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "İnter" səfərdə "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:
“Tamaşaçıları meydançaya cəlb edən şəxslərə minnətdaram. Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar. Gəncləşdirmə siyasəti həyata keçirildikdən bu yana ən pis oyunumuzu sərgilədik. Komandadan narazıyam”.
(pfl.az)