Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "Simurq" evdə "Qəbələ" ilə 0:0 bərabərə qalaraq (ilk oyun – 3:0), yarımfinala vəsiqə qazanıb.
Zaqatala şəhər stadionundakı qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk oyunu belə şərh edib:
“İndiki məqamda mən rəqibi təbrik etməliyəm. Biz isə çox çalışmalı və işimizi davam etdirməliyik ki, avrokuboklara vəsiqə qazanaq. Açığı, mən pərt olmuşam. Çünki mərhələni biz yox, rəqib adladı”.
(pfl.az)