Azərbaycan Kubokunda 1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "Simurq" evdə "Qəbələ" ilə 0:0 bərabərə qalaraq (ilk oyun – 3:0), yarımfinala vəsiqə qazanıb.
Zaqatala şəhər stadionundakı qarşılaşmadan sonra ev sahibi komandanın baş məşqçisi George Çixradze oyunu belə şərh edib:
“Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”.  
(pfl.az)
Shares: