Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "Neftçi" səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
 
"AZAL Arena"dakı oyun zamanı “ağ-qaralar”ın müdafiəçisi Erik Ramosun hakimi təhqir edib. Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran meydan sahiblərinin baş məşqçisi Təran Əhmədov həmin epizodla bağlı sərt şəkildə danışıb:
“İndiyə qədər hakimlik barəsində çox danışmağı xoşlamamışam. Amma qısaca bir şeyi bildirmək istəyirəm ki, bir futbolçu digərini söyüb cəzalanırsa, digər oyunçu hakimi söyüb şifahi xəbərdarlıq alır. Bu həm futbolun hörmətdən düşməsidi, həm də hakimliyi gözdən salmaqdı. Əgər kimsə kimdənsə qorxursa, konkret desin biz də bilək. Erik Ramos düz gözümüzün qabağında baş hakimi söydü. Mən istəməzdim ki, hansısa futbolçu hakimi təhqir etsin. Ötən tur Rəşad Abdullayev rəqib futbolçunu söydüyünə görə, 3 oyunluq cəzalandırıldı. Mən də bu qərarı alqışladım. Bundan əlavə özüm də Rəşadı cəzalandırmışam. İkinci belə bir hal yaşanacağı təqdirdə o daha ağır şəkildə cəzalanacaq. Tək Rəşad yox, bütün futbolçularmıza aiddi bu sözlər. Yetirmələrimə tapşırmışam ki, oyun epizodu və son ümid folundan başqa qırmızı vərəqə alan futbolçunun komandadan göndərilmə ehtimalı böyükdü”.
Shares: