"Barselona"nın müdafiəçisi Dani Alveş klubunu tərk edəcəyi ilə bağlı iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu haqqında yayılan məlumatları təkzib edib:
"Siz həqiqətən də bunlara inanırsınız? Mən artıq cəfəngiyyatlardan yorulmuşam. "Barselona"nı sevirəm və burada oynamağa davam edəcəyəm. Getmək zamanı gələndə bu barədə mən özüm məlumat verəcəyəm". 
Qeyd edək ki, İspaniyanın “Marca" qəzeti Alveşin Fransa PSJ-si ilə 3 illik müqavilə imzaladığı yazmışdı.
Shares: