Azərbaycan Kubokunda1/4 mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər vərir ki, "Neftçi" səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. 
"AZAL Arena"dakı oyundan sonra açıqlama verən "ağ-qaralar"ın müdafiəçisi Elvin Yunuszadə oyunu belə şərh edib:
"AZAL-a hörmətlə yanaşırıq. Amma hamılıqla inanırdıq ki, bu gün qələbə qazanacağıq. Komanda bu gün yaxşı çıxış etdi. Çoxlu qol imkanlarımız oldu.  Təəssüf ki, bu şansların yalnız birindən istifadə edə bildik. Növbəti rəqib çox güman ki, "İnter" olacaq. Real danışsaq, çempionluq şanslarımız azdı. Məncə, əsas gücü kuboku vermək lazımdı. 
Yunuszadə oyun zamanı baş məşqçisi Arif Əsədovla arasındakı gərgin dialoqdan da danışıb: "Xeyr. O, baş məşqçimizdi. Əlbətdə ki, bizdən çox bilir. Həmin vaxt etiraz etmədim. Sadəcə epizodu başa salmağa çalışırdım. Həm də oyun vaxtı adam bir az özündə olmur. Emosiyalar özünü göstərir. Bir epizod oldu ki, top sanki cərimə meydançasında əlinə dəymişdi. Vallah, həmin epizodda top əlimə dəymədi. Özüm yaxınlaşıb, bunu hakimə deyərdim".
Shares: