“Qalatasaray”ın sabiq futbolçusu Didye Droqba “sarı-qırmızılar”ın bazasında keçmiş komanda yoldaşlarını ziyarət edib. Futbolinfo.az xəbər verir ki, cari mövsümün əvvəlində “Cim-Bom”dan ayrılaraq, “Çelsi”yə transfer olunan fildişi sahilli hücumçu məşqdə bütün futbolçularla tək-tək salamlaşaraq bunları eyib:
"Mövsümün sonunda “Qalatasaray”ın çempion olması üçün hamımız komandanı dəstəkləməliyik. Bu komanda çempionluğa inanır. Mövsümün sonunda mən də çempionluq bayramını qeyd etməyə gələcəm. Bura gəldiyimi üçün çox xoşbəxtəm. “Çelsi”də də çempionluq yarışı bizim üçün olduqca çətin olacaq. “Mançester Yunayted” və “Arsenal” kimi komandalarla qarşı-qarşıya gələcəyik. Bu matçlar heç də asan olmayacaq. Amma biz qalan matçlarımızı qazanıb çempion olmaq istəyirik".
Qeyd edək ki, məşhur futbolçu 2013-14-cü illərdə “Qalatasaray”da forma geyib.